!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyi “Formula-1” ilə bağlı məktəblərə müraciət etdi

!Reklam – Yazi

Təhsil Nazirliyi birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə 26-28 aprel tarixlərində Bakı şəhərində keçiriləcək “Formula-1” Azərbaycan Qran Prisi ilə bağlı təlimati məktub göndərib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.

Xatırladaq ki, aprelin 26-28-da Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək.

“Formula-1” Azərbaycan Qran Prisinin hərəkət sxeminə Bakı şəhərinin mərkəzi ərazisində yerləşən Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəb daxildir.

www.yenicag.az

4952
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv