Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil Nazirliyindən müəllimlərin biabırçı nəticəsinə REAKSİYA

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqaməsində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir.

Yenicag.az verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov orta məktəb müəllimlərinin imtahanlarda zəif nəticə göstərməsi ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib.

“Təəssüflər olsun ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın qabaqcıl ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir” – C.Valehov bildirib.

Xatırladaq ki, 5 dekabr 2018-ci il tarixdə Təhsil İnstitutunun təşkilatçılığı və müvafiq rayon (şəhər) Təhsil şöbələrinin (idarələrinin) dəstəyi ilə “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib. Müsabiqə imtahanları riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən Azərbaycan və rus bölmələri üzrə təşkil olunub.

Qeyd edək ki, ekspert Qubad İbadoğlu özünün feysbuk səhifəsində “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində riyaziyyat müəllimlərinin 99 faizinin, kimya müəllimlərinin 95 faizinin, fizika müəllimlərin 94 faizinin, informatika müəllimlərinin 90 faizinin, biologiya müəllimlərinin isə 49 faizinin test suallarının yarıdan çoxunu düzgün cavablandırmadığını bildirmişdi: “Görəsən, bu müəllimlərin dərs verdiyi şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getməzsə, onların arasında keçirilən testin nəticələri necə olardı?”

Loading...

www.yenicag.az

2591
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100