Təhsil Nazirliyindən YENİ QƏRAR: Universitetlərdə tədrisin müddəti uzadıldı – ÖZƏL / VİDEO

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar təhsildə yaşanan problemlər nəzərə alınaraq ali təhsil müəssisələrində tədris müddəti yanvarın 8-dək uzadılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Təhsil Nazirliyi tərəfindən tədris müddətinin uzadılması ilə bağlı universitetlərə əmr göndərilib.

Qeyd edək ki, Nazirliyin bu qərarı çox saat ayrılan fənlərin tədrisinin tam başa çatdırılması məqsədi daşıyır.