!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil nazirliyinin müəmmalı susqunluğu: Tələbələr və valideynlər çaşqın haldadır

!Reklam – Yazi

“Məhz ibtidai sinif şagirdlərinin dərsə ənənəvi başlaması daha doğru addım ola bilər”.

Bu sözləri sentyabr ayında tədrisin hansı formada başlayacağı ilə müəmmalı vəziyyəti dəyərləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, təhsil nazirliyinin susqunluğu valideynlərlə yanaşı, şagird və tələbələr arasında da çaşqınlıq yaradır:

“Sentyabr 1-dən etibarən bəzi özəl məktəblərdə dərslər başlasa da, iki gün sonra dərslərin onlayn şəkildə davam edilməsi göstərişi verildi. Buna səbəb kimi Təhsil Nazirliyinin dərslərin hansı formada davam etməsi haqqında qərar verməməsi olub. Hazırkı vəziyyətdə valideynlərin, tələbələrin və şagirdlərin səbrsizliklə gözlədiyi qərar dərslərin hansı formada olacağı ilə bağlıdır. Onu da qeyd edim ki, sabah Təhsil naziri Emin Əmrullayevin canlı yayım edəcəyi və dərslərin hansı formada olacağı ilə bağlı səsləndirəcəyi fikirlər məsələyə aydınlıq gətirəcək. Ancaq bir nüansı da diqqətə almaq lazımdır ki, məktəblərdə və universitetlərdə dərslərin ənənəvi formada davam etməsi xəstəliyin daha da artmasına səbəb olacaq və bu, qarşısı alınmaz bir problemə çevriləcək. Çünki bir sinifdə ən az 30-35 şagird olur. Bu şagirdlərin hər hansısa birinin ailə üzvlərində virus varsa, şagird daşıyıcı kimi sinifdə olan bir çox sinif yoldaşını yoluxdura bilər. Bunun xoşagəlməz bir nəticəsi ola bilər. Veriləcək qərar ən yaxşı halda ibtidai sinif şagirdlərinin dərsə ənənəvi başlaması, yuxarı sinif şagirdləri və tələbələrin isə onlayn olaraq davam etməsi ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv