Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil Nazirliyinin rəsmisi: “Şagirdin ölümü vacibdir, yoxsa biliyi?”

“Bəşəri təcrübədə belədir və digər ölkələrdə də bu təcrübə tətbiq olunur. Həm ənənəvi, həm də, distant – hər iki təhsil formasından istifadə olunur. Şagirdin ölümü vacibdir, yoxsa biliyi? Təhsil Nazirliyi əlindən gələn qədər kömək edir. Başqa imkan vasitələri varsa, nazirlik bunu etmirsə, desinlər”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında ümumtəhsil müəssisələrində növbəli qaydada bərpa olunan ənənəvi və distant təhsillə bağlı cəmiyyətdə yaşanan narazılığa münasibət bildirərkən belə deyib.

Professor bildirib ki, məqsəd şagirdlərin sağlamlığının qorunmasıdır:

“Əsas məsələ yoluxma riskini azaltmaq üçün kontaktların sayını minimuma endirməkdir.
İki dəyər var – sağlamlıq və təhsil. Sağlamlıq ali, təhsil isə adi dəyərdir. Bunu anlamaq lazımdır. Biz ilk növbədə ali dəyəri qorumalıyıq. Buna görə də, dövlət eyni zamanda, iki dəyərdən, ikisini də seçdi. Yəni, həm təhsil verək, həm də sağlamlığı qoruyaq. Belə müəyyən olundu ki, sağlamlığı qorumaq üçün şagirdlər dərsə beş gün yox, iki gün getsin. Digər günlər dərslərini onlayn qaydada keçsinlər. Belə olan halda, kontaktların sayı iki dəfə az olacaq, bu da yoluxma riskini minumuma endirəcək”.

Cəvahir

Loading...

www.yenicag.az

1447