Təhsil sahəsində ortaq görüş – FOTOLAR

Bu gün Bakıda İstanbul Aydın Universiteti və Kıbrıs Elm Universitetinin ortaq mətbuat konfrası keçirib.

Yenicag.az xəbər verir ki, tədbirdə İstanbul Aydın Universitetinin Azərbaycan təmsilçisi Fərid Şahbazlı, Kıbrıs Elm Universiteti təmsilçisi Emin Devrim Fidan, İstanbul Aydın Universiteti təmsilçisi Səbinə Hüseynova çıxış edərək Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı təhsil əlaqələri, birgə layihələr və tələbə mübadiləsi məsələlərindən danışıblar.

Təxminən 1 saat davam edən tədbirin əsas mövzusu təhsil və onun keyfiyyəti olub. Çıxışlar zamanı ölkə xaricində təhslinin önəmindən və yaradılan şəraitdən bəhs edilib.

Sonda media nümayəndələrinə adıçəkilən ali təhsil ocaqlarının simvolik hədiyyələri təqdim olunub.