Təhsil, səhiyyə və sosial sahəyə nə qədər vəsait ayrılacaq?

Gələn ilin dövlət büdcəsindən təhsilə 3.884 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin vəsaitin 376 milyon 858 min 452 manatının məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatının ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatının orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatının ali təhsilə, 3 milyon 937 min 523 manatının əlavə təhsilə, 7 milyon 015 min 701 manatının təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manatının təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclənəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

***

Azərbaycanda gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə 1.788 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Layihəyə əsasən, poliklinikalar və ambulatoriyalara 1.664 milyon manat, xəstəxanalara 171.143 milyon manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlara 2.588 milyon manat, səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə isə 1.613 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

***

Azərbaycanda gələn ilin dövlət büdcəsindən sosial sahəyə 3.565 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Layihəyə əsasən, sosial müdafiəyə 310.043 milyon manat, sosial təminata 5.243 milyon, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə isə 3.250 milyard manatın ayrılması nəzərdə tutulur.