Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Yenicag.az-ın məlumatına görə, müvafiq əmrlə şöbənin müdiri Elminaz Nadirova işdən çıxarılıb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, şöbə müdirinin vəzifələrinin icrası müdir müavini Hafiz Cavadova tapşırılıb./Report/