Təhsil Şöbəsinin müdiri təqaüdə göndərildi – YENİ TƏYİNAT

Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri dəyişib.

Yenicag.az xəbər verir ki, şöbə müdiri Mədinə Nurməmmədova yaşa görə təqaüdə göndərilib.

Müvafiq əmrlə, İnqilab Musayev Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər rayonun Köhnə Xaçmaz kənd tam orta məktəbin direktoru işləyib./Report/