Gələn il proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 4 milyard 549,9 milyon manat (xüsusi çəkisi 12,5 faiz) məbləğində vəsaitin yönələcəyi proqnozlaşdırılıb.
Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 407 164 329 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün təhsil xərcləri artırılır.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36 milyard 355 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.