Təhsil xərclərinin artırılmasına Xalq artistindən MÜNASİBƏT: “Ümid edirik, maaşlarımız da artacaq”

“Təhsil xərclərinin artması müəllimlərin də əmək haqqına təsirini göstərəcək”.

Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova ali təhsil müəssisələrində təhsil xərclərinin miqdarının artırılmasına münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

O, bu qərarın onların maaşlarına təsir edəcəyinə ümid bəslədiyini bildirib:

“Çox xoş xəbərdir ki, dövlət belə bir qərar verib. Bizim Akademiyada ödənişli əsaslarla oxuyan tələbələrin təhsil xərcləri artırılmayıb, amma ödənişsiz əsaslarla oxuyan tələbələrin xərcləri qaldırılıb. Bu il daha çox tələbə ödənişsiz əsaslarla Akademiyaya qəbul olunublar. Bu da o deməkdir ki, təhsil xərclərinin artması müəllimlərin də əmək haqqına təsirini göstərəcək.
Məvacib çox aşağı idi, ümid edirik ki, bu qərardan sonra maaşlarımız yüksələcək. Dövlətimizə təşəkkürümüzü bildirirk”.

Cəvahir

COP29