!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsilin inkişafı ilə bağlı görülən işlər: Dünya təhsil sisteminə inteqrasiya meyilləri güclənib - TƏHLİL

!Reklam – Yazi

Məlumdur ki, artıq XIX əsrdə mövcud olan gerilik, cəhalət, kütləvi savadsızlıq getdikcə aradan qalxır, yeni mərhələyə qədəm qoyan təhsil prosesi sahəsində dünya təhsil sisteminə inteqrasiya meyilləri güclənib.

Çünki XX əsrin əvvəllərində elm, təhsil məsələlərinin xalqın taleyində mühüm və təxirəsalınmaz rol oynadığı real gerçəkliklər kimi ortaya çıxdı. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir.

Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyinin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu Öndər qeyd edirdi ki, təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir. Heydər Əliyevdən sonra onun siyasini davam etdirən dövlət başçısı İlham Əliyevin yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.

Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan dövlət proqramları, həmçinin 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Artıq elmi-texniki inqilablar dövrünü yaşayırıq. Müasir dövrdə bütün sahələri əhatə edən inkişaf proqramları tətbiq edilir. Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının qəbulu və uğurlu tətbiqi ölkənin güclənməsi baxımından çox vacib amildir. Məhz bu səbəblə həmin proqramların hazırlanması dövlətin prioritetinə çevrilməlidir. 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı “Təhsilin inkişafı üzrə dövlət strategiyası” var. Eyni zamanda, 2022-2026-cı illərlə bağlı yeni strategiya mövcuddur.

Son 30 ildə internetin və kommunikasiyaların inkişafı nəticəsində biz dünyanın ən ucqar nöqtəsində oturub dünyanın ən nüfuzlu universitetlərində dərs deyən alimlərin çıxışlarını, dərslərini izləyə bilərik. Bu, elmin kütləviləşdirilməsidir. Prezident İlham Əliyev elm və təhsil naziri Emin Əmrullayevi qəbul edərkən bu məsələyə toxunaraq vurğulamışdı ki, təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir.

Artıq bir neçə ildir ki, respublikamızda modul tipli məktəblərin inşası layihəsi də uğurla icra edilir. Belə məktəblərin tikintisi əsasən kontingenti az olan ucqar kəndləri əhatə edir. Ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə respublikamızın 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin inşası tez başa gəlir və zəruri hallarda onların genişləndirilməsi də mümkündür.

Quraşdırılması nəzərdə tutulan modul tipli məktəblər – SİYAHI

Əlamətdar haldır ki, artıq respublikamızda son illərdə regionlarda yaradılan sənaye məhəllələrində müxtəlif layihələr əsasında modul tipli məktəblərin quraşdırılması qaydaya salınıb. Modul tipli məktəblərin inşasının dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirildiyini bildirən Prezident İlham Əliyev, “Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır”, – deyə vurğulayıb.

Müstəqil Azərbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülüb. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar nəticəsində Azərbaycan təhsil sektorunun inkişafı üçün əhəmiyyətli addımlar atılmaqda davam edir. Belə ki, müvafiq dərsliklərin, proqramların hazırlanması və bu istiqamətdə görülən işlər zamanı qabaqcıl ölkələrin təhsil proqramları əsas götürülərək müəyyən tələblər həyata keçilir.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv