“Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Şəkidə – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ikinci yardım aksiyası olaraq Şəki şəhəri və rayonunu əhatə edən bütün şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik.

Yenicag.az xəbər verir ki, bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Şəki şəhərindən Milli Məclisin deputatı hörmətli Vüqar İsgəndərova və Şəki şəhər İcra Hakimiyyətinə xüsusi təşəkkürümüzü bildiririk.