Təkamülün necə başladığı sualına cavab görün harada tapıldı

Alimlər ilk hüceyrələrdə qoruyucu divarların yaranması və inkişaf etməsi ilə Yerdəki yaşamın müxtəlifləşməsində yağış suyunun kritik rolunun ola biləcəyini düşünürlər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bir çox elm insanı bu hüceyrələrdə DNT (deoksiribonuklein turşusu) deyil, RNT (ribonuklein turşusu) olduğunu təxmin edir.

Ancaq RNT-nin mövcud olmuş genetik kodu ilk hüceyrələrin çoxlamasına mane olmalı ikən bunu tərsi yaşanıb.

Alimlər bunda yağış suyunun kritik rolu olduğunu bildirirlər. Belə ki, laboratoriyada RNT və kimyəvi maddələri qarışdıran alimlər RNT damlalarının bir neçə gün sabit qaldığını müşahidə edib. Halbuki digər təcrübələrdə bu damlaların az zamanda birləşdiyi təsbit edilib.

Təcrübəni yağış altında təkrarlayan alimlər suyun ilk hüceyrənin əvəzedicisi ətrafında qalxan yaradaraq laboratoriyadakı təsiri yaratdığını görüblər.

Alimlər bir neçə günün təkamül üçün yetərli olduğunu qeyd ediblər.

 

COP29