!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Təkcə insanlarımız yox, həm də Qarabağ şəhid olub" - Partiya sədri

!Reklam – Yazi

“Ermənilər gəmirici heyvanlar kimi işğal etdikləri rayonları da gəmiriblər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğaldan azad edilmiş bölgələrimizə təşkil edilmiş səfərdə iştirak edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu təəssüratlarını bölüşərkən səsləndirib.

Sərdar Cəlaloğlu ermənilərin vandallığının təkcə azərbaycanlılara yox, həm də torpaqlarımıza qarşı yönəldiyini qeyd edib:

“Bu səfər mənim üçün həddən artıq təsir edici səfər oldu. Bir tərəfdən nə qədər ürək ağrıdıcı oldusa, digər yandan bir qürur hissi keçirdik. Acı ilə şirinin, kədərlə sevincin, qürurla məğlubiyyət hissinin qarışığı bir hiss yaşadıq. Bizim təkcə insanlarımız yox, həm də Qarabağ şəhid olub. Yəni ermənilər o dərəcədə vandallıq ediblər. Bir tikili, bir elektrik dirəyi belə yoxdur. Ermənilər gəmirici heyvanlar kimi işğal etdikləri rayonları da gəmiriblər.

Bu səfər həm də bütün dünyaya, ictimaiyyətə bir mesaj idi. Orada bütün uçuq evlərin içində ağaclar bitmişdi. Qəribə idi, həyətdə ağac yoxdur, ancaq evlərin içində ağaclar var. Elə bil ki, evlərin sakinlərini o ağaclar əvəz edib”.

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv