!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Təklif olsa, pula baxmayıb gedəcəyəm" - Qara Qarayev

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” sabah qrup mərhələsinin III turunda “Atletiko”nu qəbul edəcək.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında qatılan ağdamlıların yarımmüdafiəçisi Qara Qarayev oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.

– Azərbaycanın nəzarətində olmayan ərazinin adını daşıyan komandada oynamaq sizin üçün nə deməkdir?

– Sözüz ki, doğma şəhərdə oynamamaq çətinlik yaradır. Lakin “Qarabağ” müəyyən mənada bunu unutdurur. İnanıram ki, yenidən orada oynacağıq. Çalışırıq ki, bu bölgənin adını layiqincə təmsil edək. İndi üzərimizdə daha ciddi məsuliyyət var.

– Dünya çempionatının son seçmə qrup matçında Azərbaycan milli komandası Almaniyaya qarşı ilk yarıda yaxşı çıxış etdi. Həmin ab-hava “Atletiko” ilə görüşdə “Qarabağ”a müsbət təsir edəcək?

– Düşünürəm ki, milli və “Qarabağ” fərqlidir. Fikrimcə, millidə təzyiq daha çox olur. Çünki bütün ölkəni təmsil edirik. Biz “Qarabağ”dakı ab-havanı milliyə daşıyırıq. Eyni hal millidən sonra “Qarabağ”da da yaşana bilər.

– “Qarabağ”ın futbolçuları artıq 4 ildir avrokuboklarda çıxış edirlər, amma xaricə getmirlər. Təklif yoxdur, yoxsa başqa amillər var? Yəni, problem nədədir?

– Yəqin ki, bu 4 il müddətində lazımi səviyyəyə gəlməmişəm. Zəif oynamışam deyə maraqlanmayıblar. Təklif tək mənə yox, digər oyunçulara da gəlmir. Əvvəl də demişdim ki, təklif olsa, pula baxmayıb gedəcəyəm. Amma belə təklif yoxdur. Problemin nədən qaynaqlandığını bilmirəm.

– “Roma” ilə oyunda stadion tam dolsa da, azarkeşlər problem yaşadı. İndi isə maraq azdır. Azarkeşlərə hansı çağırışı edə bilərsiniz?

– Qrupa düşəndən sonra 2 böyük oyunumuz olacaq. Biri isə olub. Bu, futbol bayramı kimi qeyd olunmalıdır. Bu günlərdə stadionlara çətinliklə düşmək olar. “Roma” ilə oyunda dolmamış yerlər “Atletiko” ilə qarşılaşmada dolmalıdır. Düşünürəm ki, sabah oyuna qədər biletlər satılacaq. Azarkeşlərin dəstəyi indi daha çox lazımdır.

www.yenicag.az

2468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv