Tel-Əviv raket atəşinə tutulub – VİDEO

İsrailin Tel-Əviv şəhəri raket atəşinə tutulub.

Yenicag.az “TASS”a istinadla xəbər verir ki, Fələstinin “Donia Al-Watan” portalı HƏMAS-ın Qəzza sektorundan Tel-Əviv istiqamətində 130 raket atdığını bildirib.

“Reuters”in İsrail Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, raket hücumu nəticəsində üç nəfər yaralanıb.