Təl-Əvivdə terror aktı: Ölən və yaralananlar var

Cümə günü axşam saatlarında Təl-Əviv sahilində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, terrorçu idarə etdiyi avtomobillə bir neçə piyadanı vurub.

Daha sonra o, maşından düşərək, ətrafdakılara atəş açıb. Polis əməkdaşları onu zərərsizləşdirib. Təl-Əviv sahilinə çoxlu sayda polis və təcili yardım maşınları toplaşıb.