Tel-Əvivin “holokost”dan SUİ-İSTİFADƏSİ: “Qərb İsrailə hərbi-siyasi və mənəvi dəstəyi kəssə…”

“Desələr ki, yəhudilər sıradan bir xalqdır, müstəsna imtiyaz sahibi deyil, onda İsrail cəmiyyəti silkələnib oyanar”.

Bu fikirləri İsrail hökumətinin ABŞ və HƏMAS-ın atəşkəs çağırışını rədd etməsinin səbəblərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, İsrail artıq heç bir bəşəri qanunlara məhəl qoymur:

“İsrail hakimiyyəti qərara alıb ki, fələstinlilərin hamısını o torpaqlardan qovsun, bütün Fələstində yəhudilərin ağalıq etdiyi böyük İsrail dövləti qursun. Bu məqsəd naminə heç kəsin sözünə qulaq asmırlar. Bu, onlar üçün ən ali, ülvi məqsədidir. Dünyanın qanunlarına, dünya xalqlarının rəyinə etina etmirlər. İsrail özünə əmindir, bilir ki, nüvə silahı var, qətiyyəti var və sair.

Heç ABŞ da ona əmr edə bilməz. Ona görə də İsrail heç bir bəşəri qanunlarla hesablaşmadan fələstinliləri qırır. Artıq 27 mindən çox fələstinlini öldürüb. Bu say 47 mini də keçsə, yenə vecinə olmayacaq. Dünya isə buna dözür. ABŞ və Avropa İsrailin qarşısını ala bilər. Bunun üçün sınanmış üsullar da var.

Cənubi Afrikada apartedi necə ləğv etdilər? Heç ona hücum etməsi, sadəcə, bütün iqtisadi əlaqələri kəsdilər. Cənubi Afrika qaldı təcrid olunmuş vəziyyətdə və reallıqla barışmalı oldu. İndi də o qayda ilə İsrailə mütləq embarqo qoysalar, nəticə verər. Hər il ABŞ İsrailə 3 milyard dollarlıq silah verir.

Siyasi, hərbi, maliyyə yardımını, üstəlik də mənəvi dəstəyi kəssələr, aşkar desələr ki, İsrail “holokost” məsələsindən sui-istifadə edib, özü “holokost” törədir, irqçi, millətçi, ifrat dini dövlətdir, desələr ki, yəhudilər sıradan bir xalqdır, müstəsna imtiyaz sahibi deyil, onda İsrail cəmiyyəti silkələnib oyanar. Yəhudilərin çoxu fələstinliləri, ərəbləri insan saymır. Əmindirlər ki, ABŞ nə olur olsun, onların arxasında durub. Ona görə də istədiklərini edirlər”.

Səxavət Məmməd

COP29