Təl-Rıfat əməliyyatı başladı

Afrinin şərqində yerləşən Təl-Rıfat rayonunun terrorçulardan təmizlənməsi üçün hərbi əməliyyat başlayıb.

Yenicag.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıblar. Afrindən sonra növbəti hədəf hesab edilən Təl-Rıfat bölgəsi “Fərat qalxanı” çərçivəsində terrorçulardan təmizlənmiş Mare və Afrin arasında yerləşir.

Türk silahlı qüvvələrinin başladığı əməliyyata Azad Suriya Ordusundan 10 min əsgər dəstək verəcək.