!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teleaparıcı Ramal Hüseynov: “Bəzi məmurlar var ki, onlar çox…”- VİDEO

!Reklam – Yazi

555-2-150x150“Televiziya ciddi, sosial problemləri göstərmək üçündür. Hər məmur, qurum öz işinin nə qədər yaxşı və ya pis olduğunu oradan görməlidir. Amma, bizdə güzgüyə baxmaq əvəzinə, vurub onu sındırırlar. Səmimiyyət, mövzu və ekspert məhdudiyyəti olduğu üçün və televiziyada olmaq naminə efirdə olmaq istəmirəm”.

Bu sözləri A24.Az saytına müsahibəsində teleaparıcı Ramal Hüseynov söyləyib.

Portalımıza maraqlı açıqlamalar verən aparıcı bir sıra diqqət çəkən nüanslara toxunub. Aparıcı bir zamanlar çalışdığı Xəzər TV-dən ayrılma səbələrinə də aydınlıq gətirib. Bildirib ki, bu televiziyda işlədiyi zaman ərzində ciddi psixoloji sarsıntılar keçirib. O, aparıcılıq etdiyi verilişin bağlanmasında Azərbaycan Dövlət Neft Şirkətini günahkar hesab edib.

” Açıq deyəcəm, bu mənim iddiamdır, həqiqətlərimdir. Bəlkə də, qarşı tərəfin həqiqətləri fərqlidir. Öz istəyimlə ayrılmamışam kanaldan, psixoloji sarsıntı keçirdim, gözləmədiyim şeylər oldu. Bu televiziyada 5 ilə yaxın idi işləyirdim. Canlı yayım edirdik və istənilən mövzulara toxunurduq. Çalışırdıq mövzunu tam açaq. Canlı yayımda olan söhbətlərə, səhvlərə görə aparıcı və kanal məsuliyyət daşımır. Neftçilər günü idi, onların vəziyyətindən danışırdıq. Təbii ki, onların da problemləri vardı. Ekspertimizin neft şirkətinin ünvanına dediyi iradları, kiçik tənqidləri aradan qaldırmaq əvəzinə, neft şirkəti verilişi bağlamaq və aparıcını işdən çıxarması üçün təsir etməyə üstünlük verdi. Bu, hökumətin və yuxarı səviyyələrin göstərişi deyildi. Niyə digər qurumları tənqid edəndə heç kim qıcıqlanmır, sırf neftçilərdən danışanda neft şirkətinin rəhbəri qıcıqlanmalıdır?! Bəzi məmurlar var ki, onlar çox dözümsüzdür, istəmirlər ki, bunların qurumundan hansısa bir şikayət getsin və ya irad tutulsun, tənqid olunsun. “- deyə Ramal Hüseynov diqqətə çatdırıb.

Telekanaldan verlişin bağlanması ilə bağlı hər hansı bir konkret açıqlamanın verlmədiyini əlavə edən aparıcı sadəcə kanalı pis vəziyyətdə qoymamaq üçün uzun müddət susduğunu söyləyib.

“Açıqlama kimi “SOCAR” ın və Rövnəq Abdullayevin adını vermədilər, çünki, düşündülər mən jurnalistəm haradasa bu haqda açıqlama verə bilərəm. Mən də kanalı pis vəziyyətdə qoymamaq üçün susdum bir müddət, kim nə istədi yazdı. Proqram canlı yayında dayandırılırsa təbii ki, izləyiciləri də aldatmaq olmur”.

Ünvanına yağan tənqidi fikrilərdən danışan aparıcı ədalətli tənqidin tərəfində olduğunu söyləyərək bildirdi ki, bir insanı tənqid etmək üçün əvvəlcə mütləqdir ki, onun gördüyü işlərə nəzər salınsın. Daha sonra teleaparıcı kinoşünas Sevda Sultanovnının onu “qıt aparıcı” adlandırmasına da münasibt bildirib.

“Sevda xanım baxır ki, hansısa aparıcı qışqırır, efirdən qonağı qovur və hesab edirsə ki, aparıcılıq budur, o zaman sual verirəm ki, sən axı aparıcılıq haqqında nə bilirsən?! Mənim verilişimin xəttini bilməyərək ona tənqid yazır”.

Ona dövlət qurumlarından dəfələrlə mətbuat katibliyi vəzifəsinin təklif edildiyini, lakin sırf maaş azlığı səbəbindən imtina etdiyini əlavə edən Ramal Hüseynov vurğuladı ki, dövlət orqanı elə maaş verməlidir ki, işçi heç kimin əlinə baxmasın.

“Mənə bir təklif gəldi, maaşı 350 manat idi. Dedim ipotekam 360 manatdır, digər ehtiyaclarımı necə qarşılayım o maaşla?. Mənə sərf etmədi deyə qəbul etmədim”.

https://youtu.be/-hSgnclF730

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv