Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Teleaparıcı sevgilisini bıçaqlayıb

sevgiliFransanın məşhur modeli və televiziya ulduzu Nabilla Benattia sevgilisini bıçaqlayıb.

Fransanın Kim Kardaşyanı hesab edilən 22 yaşlı qlamur model sevgilisi Tomas Verqananı öldürmək istəyib.

İsveç əsilli Nabilla Benattia TV realiti-şouların ulduzu olan sevgilisi Tomas Verqanı sinə və boyun nahiyələrindən bir neçə dəfə bıçaqlamaqda günahkar bilinərək Fransa polis idarəsinə gətirilib.

T. Verqanının vəziyyəti “Georges Pompidou” xəstəxanasında çox ağır olduğu müddətdə Benattia da ağır şokdan müalicə olunurdu.

Mətbuat katibi bildirib ki, model ilk olaraq “cinayətdə əlinin olması” maddəsilə saxlanılıb, lakin sonradan polis Verqanın yaralarını gördükdən sonra iddialar dəyişdirilib.

Polis idarəsinin mətbuat katibi 22 yaşlı Banattianın saxlanıldığını və “adam öldürməyə cəhd” maddəsilə ittiham edildiyini təsdiqləyib. Məşhurun hazırda sorğu-sual olunduğu bildirilir.

(topnews.az)

Loading...

www.yenicag.az

447