!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Teleaparıcılar üçün treninq keçirildi

!Reklam – Yazi

93103Aparıcıların nitqində müşahidə olunan çoxsaylı qüsurların aradan qaldırılması üçün ATV, İTV, Xəzər, Region tv, ANS, Lider və Space telekanallarının aparıcıları Dilçilik İnstitutu tərəfindən təşkil edilmiş treninqə cəlb edilib.

Yenicag.az xəbər verir ki, treninq zamanı aparıcılara mətnlər oxudulub, konkret səhvlər üzərində müzakirələr aparılıb, səs, nəfəs məşqləri edilib, bədən dili elementlərindən istifadə və sair kimi bir çox vacib məsələlərə toxunulub. Təlimləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun mütəxəssisləri Qulu Məhərrəmli, Şahlar Məmmədli, Aytən Bəylərova, Sevinc Məmmədova və diksiya təlimçisi Cəlalə Nəzəroğlu aparıblar.

Treninqin yekun tədbirində çıxış edən dilçilik İnstitunun direktoru Tofiq Hacıyev bildirib ki, dilin informativ, estetik, ideoloji, funksiyaları daha çox KİV-də özünü göstərir: “Bunun üçün aparıcılar öz üzərlərində daha çox işləməlidirlər”.

Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirib ki, iştirakçılara Azərbaycan dilinin ədəbi normaları, şifahi və yazılı nitq normaları, vurğu, ifadəli oxu və başqa mövzuların izahları verilib. Treninqin iştirakçısı olan aparıcılara sertifikat verilib.

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv