!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tələbə Gənclər Təşkilatları gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər”- Vüsal Quliyev

!Reklam – Yazi

 13874690_812371012197844_624927981_nGəncə şəhərində Tələbə Gənclər Təşkilatlarının ilk Regional Forumu keçirilmişdir. Forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində Tələbə Gənclər Təşkilatlarının fəal iştirak etdiyini qeyd etmişdir. O, dövlətin gənclərə göstərdiyi qayğıdan danışaraq bildirmişdir ki, Azərbaycanda yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənc nəsil formalaşır.

Dövlətimiz gənclərin geniş elmi-yaradıcı təfəkkürə malik olmaları üçün onların ən yüksək standartlara uyğun təhsil almasını əsas vəzifələrindən biri kimi müəyyən etmişdir. V.Quliyev qeyd etmişdir ki, Tələbə Gənclər Təşkilatları ali təhsil müəssisələrində gənclər siyasətini həyata keçirməklə yanaşı, tələbələrin sosial problemlərinin həll olunmasında, hüquqlarının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində, müxtəlif sahələr üzrə innovativ layihələrinin reallaşdırılmasında, tələbələrin beynəlxalq layihələrdə təmsilçiliyində yaxından iştirak edirlər. Onlar nəinki paytaxt Bakı şəhərində, eyni zamanda regionlardakı ali təhsil ocaqlarında da fəallıq nümayiş etdirirlər. Bu gün Azərbaycan tələbələri Avropa Tələbələr Birliyində çox fəal təmsil olunurlar. Həm Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, həm də Azərbaycan Tələbələr Birliyi sözügedən qurumun tamhüquqlu üzvüdürlər. Hər iki təşkilat sözügedən beynəlxalq qurumun işində fəal iştirak edirlər. V.Quliyev təhsil müəssisələri və tələbələrin üzərinə düşən vəzifələrdən də söz açmışdır. Qeyd etmişdir ki, hər bir ali təhsil müəssisəsi milli mənəvi dəyərlərə bağlı və Azərbaycanın inkişafı naminə çalışan savadlı gənclərin formalaşmasında əlindən gələni əsirgəməməli, ölkəmizin gələcək inkişafı naminə yüksək təhsilə, mədəniyyətə və intellektə malik insanlar yetişdirməlidirlər.

13871885_812371015531177_687999036_nTəbii ki, tələbələr də onlara yaradılan imkanlardan səmərəli istifadə etməli, mükəmməl təhsil almalıdırlar. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktuallaşdırır. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurla addımlayan ölkəmizdə gənclərimiz milli mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşatmalı, ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə töhfələr verməlidirlər. Bunun üçün kifayət qədər imkan vardır. O, Regional Forumun əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin daha effektiv qurulması, əməkdaşlıq imkanlarının yaranması, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılması baxımından vacib olduğunu bildirmişdir.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv