Tələbə öz əmisi oğlunu güllələdi – Azərbaycanda

guAğdaş rayonunda 17 yaşlı gənc öz qohumunu güllələyib. Hadisə rayonun Hacılı kəndində qeydə alınıb.

Ağdaş Rayon Polis İdarəsindən verilən məlumata görə, kənd sakini, 1999-cu il təvəllüdlü Emin Zəkəriyyə oğlu Həsənov atasına məxsus ov tüfəngindən atəş açaraq qohumu 1993-cü il təvəllüdlü Pünhan Sadiq oğlu Həsənovu güllələyib.

Qarın nahiyəsindən güllə yarası alan Pünhan Həsənov ağır xəsarətlərlə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan yaralının üzərində cərrahiyyə əməliyyatı aparıldığını, hazırda vəziyyətinin qənaətbəxş olduğunu bildirdilər.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Artıq Ağdaş RPŞ əməkdaşları tərəfindən E.Həsənovdan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs Mingəçevir Turizm Kollecinin birinci kurs tələbəsidir.

Dünən də Şəmkir sakini özünü güllələyib. Rayonun Ələsgərli kənd sakini, 1986-cı il təvəllüdlü Eldəniz Vəliyev ov tüfəngini təmizləyərkən özünə atəş açıb. Sağ qoltuqaltı nahiyəsindən yara alan 30 yaşlı kişi dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin Eldəniz Vəliyevin ehtiyyatsızlığı üzündəb baş verdiyi bildirilmişdi.(ans)