Tələbə qızı ayaqyolunda vəhşicəsinə döydülər – VİDEO 18+

75a82ad9f2Rusiyanın Ulyanov vilayətinin Karsun qəsəbəsində yerləşən texnikumun yataqxanasında bir neçə şagird qız özündən yaşca kiçik qızı tualetdə döyüb.

16 yaşlı Oksana adlı qızın amansızcasına döyülməsinə səbəb saçlarında bit olması iddiası olub.

Oksana pedikulyoza görə, Svetlana və onun rəfiqələri Olqa.Q, İrina.K tərəfindən təhqirlərə məruz qalıb. Onlar qızı döyərkən ona qarşı alçaldıcı hərəkətlər ediblər. Yeniyetmələr Oksananı ayaqlarıyla vurduqdan sonra başını unitaza salmağa çalışıblar. Bütün bu alçalmalar şərh edərək mobil telefonun kamerasına qızların dostu İlya.M çəkib. Qızın döyülmə anı sosial şəbəkələrdə yayıldıqdan sonra ictimai qınaq səbəbindən araşdırılmağa başlanıb. Polis hərəkətə keçərək hadisə iştirakçılarını tapıb və faktla bağlı araşdırma aparılıb.

Polis bu fakt üzrə cinayət işinə başlayıb. Zərər çəkmiş Oksananın daha əvvəl uşaq evində tərbiyə olunduğu bildirilir. Dostları onu mübahisəni sevməyən və sakit biri kimi xarakterizə edirlər.

Əsəbi zəif olanların və 18 yaşından kiçiklərin videoya baxması məsləhət görülmür.

Bu cür hadisələr Rusiya təhsil müəssələrində və günlük həyatda adi hal alıb. Analoji hadisələr Rusiyada dəfələrlə baş verib. Keçən il Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində məktəbli qızın vəhşicəsinə döyülməsi faktı qeydə alınıb. Qızı döyənlər isə 11-ci sinif şagirdləri olan həmyaşıdları olub. Faktla bağlı Rusiya CM-in 112-ci maddəsi ilə (sağlamlığa qəsdən orta dərəcəli zərər vurma) cinayət işi qaldırılıb. Polisin araşdırması nəticəsində məlum olub ki, keçmiş sinif yoldaşları dalaşıblar və onlardan biri digərinin üzərinə zərbə vurub. Həkimlər döyülən qızın çənəsinin sındığını aşkarlayıblar.(ans)

https://youtu.be/cg9azBR0Wjg