Tələbə təqaüdləri ləğv oluna bilər

37757Ukraynada tələbələr üçün təqaüdlərin verilməsi və magistratura təhsili üçün dövlət hesabına yerlərin ayrılması gələn ildən dayandırıla bilər.

APA-nın Ukraynanın “Vesti” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın elm və təhsil komitəsinin sədr müavini Aleksandr Spivakovski deyib.

O bildirib ki, Təhsil və Elm Nazirliyi bunun mümkünlüyü ilə bağlı Maliyyə Nazirliyindən məktub alıb.

Bildirilir ki, hazırda tələbələr üçün ayrılan aylıq təqaüd 830 qriven (təxminən 53 manat) təşkil edir.

Qərarın qüvvəyə minməsi üçün “Ukrayna ali təhsili haqqında” qanuna dəyişiklik edilməlidir.