!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələr İstanbulda Azərbaycanı tanıtdı - FOTOLAR

!Reklam – Yazi

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan stendi açılıb.

Yenicag.az xəbər verir ki, təşkilatın qurucusu və hazırki sədri Rəşid Mustafazadənin sözlərinə görə, iki gün sürən stendin məqsədləri Azərbaycanı yerli və xarici tələbələrə tanıtmaq, yeni qurulmuş birliyin daha aktiv fəaliyyət göstərməsi üçün yeni üzvlər cəlb etmək və azərbaycanlı tələbələrin problemlərini öyrənmək idi.

“Stendimiz yerli və xarici tələbələrin, habelə müəllimlərin də böyük diqqətinə səbəb oldu. Təşkilatımızın devizi “Hər birimiz Azərbaycanıq” şəklindədir və biz ölkə xaricində Vətənimizi təmsil etməyi, haqqında xoş fikirlərin yaranmasına çalışmalıyıq”, – deyə təşkilatın sədr müavini Toğrul Xıdırlı bildirib.

İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, “Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.

Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.

www.yenicag.az

4910
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv