Reklam

Reklam

Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər fakültəsinin III kurs SABAH qrupu tələbəsi Nigar Nuriyeva maraqlı bir layihəyə imza atıb.

O, tələbə yoldaşları ilə Quba rayonunun Xanəgah kəndində təhsil alan məktəblilər üçün onların əldə etməyə çətinlik çəkdiyi tədris vasitələrini toplayaraq məktəblilərə təqdim etmək üçün bir araya gəliblər.

Bu layihə zamanı 400-ə yaxın kitab, test, abituriyentlər üçün hazırlıq kitabları Xanagah məktəbliləri üçün tələbələr tərəfindən qısa müddətdə yığılıb. Layihənin həyata keçirilməkdə əsas məqsədin potensiallı lakin maddi sıxıntılar səbəbindən təhsil prosesində çətinliklər yaşayan məktəblilərə dəstək olmaq olduğunu bildirən tədbirin təşkilatçılarından olan SABAH qrupu tələbəsi Gülşən Sultanlı bildirib ki, vaxtilə eyni çətinliklərlə özü də qarşılaşdığı üçün bu layihəyə dəstək göstərməyi özünə borc bilib.

Onun sözlərinə görə, layihəyə sosial şəbəkələr vasitəsilə dəstək toplayan tələbələr qısa müddətdə lazımi tədris materialları toplayıb Xanagah məktəblilərinə təqdim ediblər. Nigar düşünür ki, gələcəkdə tələbə adını qazanıb ölkəmizin tarixində böyük rol oynaya biləcək uşaqlara dəstək olmaq hər bir azərbaycanlının vəzifəsidir. Məhz elə buna görə də layihənin rəhbəri və təşkilatçısı Nigar Nuriyeva və təşkilatçısı Gülşən Sultanlı bu layihənin davamlı olacağını bildirərək gələcəkdə də yardıma ehtiyacı olan məktəblilər üçün bu addımlarını təkrarlayacaqlarını bildiriblər.

Bu tip layihələri davamlı olaraq həyata keçirmək üçün Nigar instagram sosial şəbəkəsində Charity who needs help səhifəsi vasitəylə bu xeyirxah layihəyə dəstək olmaq istəyən insanları bir araya toplamağı düşünür: “Kim də gələcəyimizə dəstək olmaq istəyirsə, onları öz aramızda gözləyirik. Biz də öz növbəmizdə bu addıma dəstək olan hər bir kəsə öz təşəkkürümüzü bildiririk”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 67
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."