Tələbələrdən çılğın aksiya: Təqvim üçün… – FOTO

Xeyriyə məqsədilə aksiya təşkil edən tələbələr yeni il təqvimi üçün çılpaq şəkillər çəkdiriblər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, aksiyada Böyük Britaniyanın Bristol Universitetinin 12 dərnəyində təmsil olunan tələbələri iştirak ediblər.

Tələbələrin hazırladıqları ilk təqvim artıq satışa çıxarılıb və qısa müddətdə satılaraq, təqribən 700 funt sterlinq gəlir gətirib. Bundan ruhlanan tələbələr növbəti təqvimin nəşri üçün hazırlıqlara başlayıblar.

Məlumata görə, toplanan pullar “Bristol Nightline” tənhalar üçün telefon xidmətinə, “Womankind” qadınlara yardım təşkilatına və “”The CATS Campaign” müayinə-informasiya mərkəzinə veriləcək.