!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələrin öldüyü dəhşətli qəzanın təfərrüatları - FOTOLAR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 5 tələbə ölüb, 20-ə yaxın tələbə isə yaralanıb.

Yaralıların bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Dəhşətli qəzadan sağ çıxan tələbə Seymur Əmirov AzVision.az-a hadisənin təfərrüatlarını açıqlayıb.

“Hadisə Masazır körpüsünün üstündə baş verdi. Körpünün üstündə “ZİL” markalı yük maşını dayanmışdı. Sürücü “ZİL”-in dayandığı yerə iki daş qoymuşdu. Biz Sumqayıt istiqamətində hərəkətdə olarkən anidən sürücü mikroavtobusu sağa çəkdi. Bizim sürücümüz deyəsən daşları görmədi və “Ford” həmin yük maşınına dəydi. Bundan sonra demək olar ki, mikroavtobusun sağ tərəfi sıradan çıxdı. “Ford”un sağ tərəfində oturan tələbələr yola səpələndilər. Hadisə anidən baş verdi. Biz nə olduğunu anlamadıq. “Ford” dəmir maneəyə dəyəndən sonra dayandı. Aşağı düşüb, yaralıları “Ford”dan çıxarırdıq. Sağ qaldığımıza inana bilmirdik. Şüşələri sındırdıq, yaralıları çıxarıb maşına mindirdik. Mikroavtobusda 25-dən çox tələbə var idi. Tələbələrin çoxu rayon uşaqlarıdır”- qəzanın şahidi bildirib.

Qeyd edək ki, qəza nəticəsindəSumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürücü saxlanılıb.

Yeniçağ.az

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv