Teledərslərin sabaha olan CƏDVƏLİ

“Mədəniyyət” telekanalı və “Təhsil” televiziyasının Feysbuk səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 7-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı, Feysbuk səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləmək imkanı əldə edə bilərlər.