!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Telefonda oğlanla danışırdı…” – 18 yaşlı qızın başını kim kəsib?

!Reklam – Yazi

aabicaq25Ötən gün Tovuz rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Aşağı Quşçu kəndində 18 yaşlı Günay Gülməmmədovanın meyti tapılıb. Onu hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi məlum deyil.

Kəndin bələdiyyə sədri Aslan Sadıqov AzVision.az- bildirib ki, G.Gülməmmədovanın cəsədi gecə saatlarında kəndin ərazisində yerləşən zibillikdə aşkar edilib.

“Qızın kim tərəfindən öldürülməsini bilmirik. Onu deyə bilərəm ki, Günay vəhşicəsinə qətlə yetirilib. Yazıq qızın başını kəsiblər. Meyitini görəndə dəhşətə gəldik. Başı bədənindən ayrılmışdı. Hadisənin hansı səbəbdən törədilməsi haqda heç kimin məlumatı yoxdur. Hazırda polis əməkdaşları bu istiqamətdə araşdırma aparır”.

Qohumlarının sözlərinə görə, bir müddət öncə G.Gülməmmədovanın sevdiyi oğlanın olması haqda kənddə xəbər yayılmışdı: “Günayın atası zəhmətkeş insandır. O, traktor sürməklə ailəsini saxlayır. İndiyədək heç kim onlardan şikayət etməyib. Günay orta məktəbi keçən il bitirib. Evdən bayıra çıxan qız deyildi. Sakit, mədəni qız idi. Hamı şokdadır ki, Günayı niyə öldürüblər. Yəqin ki, ortada nəsə səbəb var.

Günay yetim qız idi, anası çoxdan rəhmətə gedib. Atası yenidən ailə həyatı qurub. Günay analığı və ögey bacı-qardaşları ilə birgə yaşayırdı. Eşitdiyimizə görə, onun sevdiyi oğlan olub, tez-tez telefonla danışırmış. Bəlkə də, Günayı həmin adam öldürüb. Həyatdır, hər şey ola bilər”.

Qeyd edək ki, ötən gün Qazax rayonunda da 25 yaşlı naməlum qadın meyiti aşkar edilib.

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv