!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telefonlara gələn reklamların gizli SƏBƏBİ

!Reklam – Yazi

Dostlar, ailə üzvləri və ya tanıdığınız digər insanlarla bərabər ünsiyyətdə olarkən müxtəlif planlar hazırlamağa çalışırsınız.

Bu planın nə olduğu vacib deyil. Bəzən bir bayram, əyləncəli gəzinti və ya səyahət. Söhbətdən sonra telefonu əlinizə alanda qarşınıza planınızla bağlı məhsullar olan yaxud da otellərin məlumatları yer alan reklamlarla qarşılaşa bilərsiniz. Smartfonunuz varsa mütləq ən azı bir dəfə bunu müşahidə etmiş olmalısınız. Bəs bunun səbəbi nədir? Həmişə yanımızda saxladığımız smartfon hər zaman bizə qulaq asırmı? Və ya bütün söhbətlərimiz kimsə tərəfindən dinlənilirmi? Belə narahatlıqlarınız varsa, ilk növbədə təşvişə düşməyin. Çünki prosesin səbəbi bir az fərqlidir.

Yenicag.az “Chip”ə istinadən xəbər verir ki, keçmiş “Google” işçisi olan Tristan Harris ötən həftə baş tutan konfransda bunun səbəbini açıqladı. Harrisin sözlərinə görə, bunun səbəbi kiminsə sizi dinləməsi ilə bağlı deyil. Voodoo haqqında yəqin ki, eşitmisiniz. Bəzi inanclara görə insanlar bu körpələrdən kimisə ovsunlamaq üçün istifadə edirdilər. Belə ki, onun üzərinə müxtəlif işgəncə xarakterli izlər buraxırlar. Bununla da, Voodoo vastəsilə ovsunlanan şəxs də eyni ağrıları hiss etməli idi. Yəni siz bu körpənin ayağına iynə batırsanız həmin adam da ayağında eyni ağrını hiss edəcək.

Harris danışdığımız söhbətlərə uyğun məlumatların telefonlarda qarşımıza çıxmasını Voodoo ilə əlaqələndirib. Belə ki, “Facebook” və “Google” kimi platformaların şəxsi Voodoo funksiyaları var. Əlbəttə ki, bu fiziki anlamda nəzərdə tutulmur. Platformaların kodlaşdırılmasında “Voodoo körpə” adlı alqoritm mövcuddur. Bu alqoritm insanların hərəkətlərinə görə formalaşır. Bütün etdiyiniz internet axtarışlarınızı qeyd edir. Bir müddət sonra bu voodoo kuklası ikinci “SİZ” olur. Yəni əslində bu alqoritmi nəyi, necə və harada istədiyinizə uyğun özünüz formalaşdırırısınız. Zaman keçdikcə bu alqoritm sizi çox yaxşı tanıyır. İstədiyiniz və ya istəyə biləcəklərinizi təxmin edə bilər. Buna görə də yuxarıdakı sualı düşünməyə ehtiyac yoxdur. Bizə niyə qulaq asmaq istəsinlər ki? Dərinliyə getsək, sözü gedən alqoritmlər vasitəsi ilə bizi bizdən daha yaxşı tanıyırlar. İstənilən halda fikir ayrılıqları olduğuna görə ətrafımızda “Dinləsələr daha yaxşı olardı” deyə düşünənlər də ola bilər. Bəlkə belə olsaydı insanlar daha dəqiq, bir az nəzakətli, ümumən isə nə haqda danışacaqlarına diqqət edərdilər. Eyni zamanda günümüzün ayrılmaz hissəsinə çevrilən telefonlardan müəyyən qədər uzaq qalmaq üçün səbəb olardı. Çünkü texnologiya məhsulları həyatımızı asanlaşdırmağa, günümüzü əyləncəli keçirməyə yardımçı olsa da bəzən həddindən artıq istıfadə olunur ki, bu da qənaətbəxş hesab olunmur.

www.yenicag.az

3476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv