!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telefonun qorxunc zərərləri - Bu yaşa qədər uşağa qəti olmaz!

!Reklam – Yazi

Pediatrların bildirdiklərinə görə, görmə və danışıq qabiliyyətinin inkişaf etməsi üçün 0-3 yaş arası uşağın əqli inkişafı çox əhəmiyyətlidir.

Yenicag.az xəbər verir ki, 3 yaşına qədər uşaqlar valideynləri ilə daha çox ünsiyyətdə olmalıdırlar.

Statistikaya görə, müasir zamanda uşaqlar ekran qarşısında gün ərzində 6-7 saat vaxt keçirirlər. Bir çox uşaqlar artıq iki yaşından mobil qurğularla tanış olurlar və internetdən istifadə edə bilirlər. Pediatrlar 12 yaşadək uşaqlara mobil telefonlardan istifadəni qadağan etmələrinin 5 səbəbini açıqlayıblar.

Onları təqdim edirik:

1. Qadjetlərdən asılılıq

Analar xəbərlərə, seriala baxır, oyun oynayır və beləliklə də uşaqlarından uzaqlaşırlar. Buna görə də uşaq ona diqqətin kifayət qədər olmamasını texnika ilə kompensasiya edir. Beləliklə də uşaq telefondan asılı vəziyyətə düşür.

2. Şüalanma

2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mobil telefonlardan ayrılan şüaların xərçəngə yol aça biləcəyini bildiriblər. Bundan əlavə uşaqların beyni və immun sistemi inkişaf etdiyinə görə zərərli təsirlərə daha həssas olurlar.

3. Baş beynin inkişafına təsir edir

Körpənin beyni ilk 2 ildə 3 dəfə böyüyür. Ətraf mühit beynin inkişafına mənfi təsir göstərə bilər.

4. Piylənmə

Bütün gün televizora baxmaq və telefonla oynamaq qidalanma rejimini pozaraq uşaqların piylənməsinə səbəb ola bilər. Elektron vasitələrdən kontrolsuz şəkildə istifadə edən uşaqlar arasında piylənmə 30% çox müşahidə edilir.

5. Aqressivlik

Kompüter oyunlarında və televiziya verilişlərində olan qəddarlıq öz əksini real həyatda tapır. Uşaq hazır rəftar sxemi alır. Bir çox araşdırmaçılar belə qənaətə gəliblər ki, ekranda əks olunan qısamüddətli zorakılıq görüntüsü uzunmüddətli effekt verə bilər. Aqressiya özünü həmin dəqiqə deyil, uzun illə sonrası da büruzə verə bilir./medicina/

www.yenicag.az

2860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv