Telefonunu “zaryadka”ya taxarkən öldü – FOTO

Türkiyənin Mersin şəhərində bədbəxt hadisə baş verib.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, Ərdəmli rayonunda yaşayan 26 yaşlı Abdullah Baysal batareyanı doldurmaq üçün telefonunu elektrik yuvasına taxan zaman elektrik axımına qapılıb.

26 yaşlı gənc hadisə yerindəcə keçinib.

Baysalın cənazə namazını qardaşı qıldırıb.