!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telefonunuzda bu funksiyanı söndürməsəniz…

!Reklam – Yazi

1406724368Yüksək texnologiyalar dünyasında özümüzü nə qədər inkişaf etmiş hissə etsək də, əslində bir o qədər zəif oluruq. Paradoksdur, deyilmi? Ancaq smartfon, ya iPhone alarkən, sosial şəbəkələrdə akkauntları qeydiyyatdan keçirdikdən sonra, biz özümüz də istəmədən şəxsi məlumatlara giriş qapısını açırıq. Telefon – casus üçün əsl tapıntıdır.

Sən demə, elektron dostumuz hər bir addımımızı izləyir və hər bir hərəkətimiz barədə məlumat ötürə bilir: harda olmuşuq, tarix və saat… Bu möcüzə funksiya «Frequent locations» («Mütəmadi istifadə olunan ünvanlar») adlanır. O, məxfilik tənzimləmələrinin dərinliklərində qorunur.

Nyu-York polis detektivi və mühafizə sistemləri üzrə ekspert C.Brosnanın sözlərnə görə, «Frequent locations» hüquqmühafizə orqanları üçün əsil pandora qutusudur. Qoşulmuş funksiya müstənqtiqlər üçün çox əlverişlidir. Çünki geolokasiya söndürülərsə, faktiki olaraq şəxsi məlumatlara girişin qarşısı alınır.

Bəs bu funksiyanı mobil qurğuda necə söndürmək olar?

Bununla bağlı bir neçə tövsiyəni təqdim edirik.

Apple istifadəçiləri üçün

1. «Tənzimləmələr»ə keç
2. Sonra «Gizlilik ayarları»na keç
3. «Lokasiya xidməti»nə gir
4. «Mütəmadi istifadə olunan ünvanlar»ı («Çastıe adresa»/ Frequent locations) seç və «Söndür» düyməsinə bas

Android istifadəçiləri üçün
1. «Tənzimləmələr»ə keçi
2. «Lokasiya»nı seç
3. Ardınca «Google lokasiyasının tənzimləmələri»
4. «Lokasiya xəbərdarlığı»nı və «Lokasiya tarixi»ni seç. Onları bağla.
5. Həmçinin «Lokasiya tarixi»ndə «Lokasiya tarixini ləğv eləmək» düyməsini vura bilərsən.
6. Bu addımı mobil qurğunda hər bir Google akkauntu üçün təkrarla.(Faktxəbər)

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv