Moskvanın Taqansk məhkəməsi Rusiyada “Telegram” messencerinin bloklanması qərarını təsdiqləyib.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qərar dərhal tətbiq edilməyə başlayıb. Məhkəmə prosesində “Telegram”ın Rusiyadakı nümayəndələri iştirak etməyib. Bu barədə “Telegram”ın yaradıcısı Pavel Durov göstəriş verib. Məlumata görə, onlar məhkəmə qərarından şikayət edəcəklər.
Qeyd edək ki, buna səbəb “Telegram”ın istifadəçilərinin şifrələrini Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim etməməsi göstərilir.