“Telegram”da kanal işlədənlərin NƏZƏRİNƏ: Bu qədər pul alacaqsınız

“Telegram” monetizasiyaya başlayıb, auditoriyası 1 mindən çox olan kanalların müəllifləri reklam gəlirinin 50 faizini alacaq.

Yenicag.az-ın məlumatına görə, bu barədə messenjerin saytında bildirilib.

“Bu gündən etibarən 1 min və ya daha çox abunəçisi olan ictimai kanalların sahibləri öz kanallarında göstərilən reklamdan əldə etdikləri gəlirin 50%-ni mükafat olaraq ala bilərlər”, – deyə bildirilib.

Bildirilib ki, reklam üçün ödənişin təmin edilməsi və vəsaitlərin çıxarılması üçün şirkət TON blokçeynindən istifadə edəcək.

COP29