“Telegram”da mesajlaşma ödənişli olacaq

“Telegram” “Ödənişli Mesajlar” funksiyasını sınaqdan keçirməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Telegram İnfo” kanalı məlumat yayıb.

İstifadəçilər messencerin şəxsi və qrup çatlarında mövcud olacaq “Ödənişli Mesajlar” funksiyasını görməyə başlayıblar.

Onun həyata keçirilməsi ilə istifadəçilər mesaj göndərmək üçün tələb olunan ulduzların sayını tənzimləyə biləcəklər. Ödənişli mesajların qurulması həm şəxsi çatlarda, həm də şərhlər şəklində qruplarda mümkün olacaq. Ödənişli mesaj parametrləri söhbət növündən asılı olaraq dəyişə bilər.

Hazırda bu funksiya “Telegram”ın test serverində yalnız bəzi istifadəçilər üçün əlçatandır və digər aspektlərlə bağlı təfərrüatlar hələ açıqlanmır./unikal