“Telegramda” YENİLİK – Daha 2 funksiya əlavə edildi

“Telegram” mesajlaşma servisi şərh funskiyasını və axtarış filtrlərini işə salıb.

Yenicag.az xəbər verir ki, bu barədə servisin yaradıcısı Pavel Durov bildirib.

Onun sözlərinə görə, “Telegram”ı yeniləyəndən sonra istifadəçilər bir neçə kanallarda şərh yaza biləcək.

Messencerin digər bir yeni funksiyası axtarış filtrləri olacaq. Bu funksiya vasitəsilə mesajlar və ya media sənədlərini axtarmaq mümkün olacaq.