Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Telegram”ın yaradıcısı “Whatsapp”ı sərt tənqid etdi

“Vkontakte” sosial şəbəkəsinin və “Telegram” messencerinin yaradıcısı Pavel Durov “Facebook” şirkətinə məxsus olan “Whatsapp” messencerinin nəyə görə heç zaman təhlükəsiz olmayacağını başa saldı və həmin messenceri diktatorların ən sevimli messenceri adlandırıb.

Yenicag.az xəbər verir ki, Durov “Whatsapp” barəsində bu bəyanatları 14 may tarixində hackerlərin “Whatsapp”ın sistem boşluğundan istifadə edərək istifadəçilərin smartfonlarına casus tətbiqlərini yaza bilmələri xəbərinin ortaya çıxmasından sonra verib. “Bütün dünya “Whatsapp” messencerinin istənilən smartfonu casus cihaza çevirməsi xəbərinə şok oldu. Məni isə bu heç də təəccübləndirmədi” – deyə Pavel Durov bildirib.

Durovun fikrincə “Whatsapp”ın 10 illik tarixi ərzində elə bir gün olmayıb ki, bu messencer təhlükəsiz olsun. Durov-un sözlərinə əsasən “Telegram”dan fərqli olaraq “Whatsapp”ın mənbə kodu bağlıdır və buna görə də kibertəhlükəsizlik üzrə kənar mütəxəssislər kodda backdoorların olub-olmadıqlarını yoxlaya bilmirlər. Backdoorlar alqoritm defektləridir. Tərtibatçılar onları üçüncü şəxslərin sistemə icazəsiz girişlərinə imkan yaratmaq üçün bilərəkdən kodlara yerləşdirirlər. “Bəlkə də FBI “Facebook”u və “Whatsapp”ı məcbur edir ki, onlar kodlara backdoorlar yerləşdirsinlər” – deyə Durov qeyd edib.

Durov onu da qeyd edib ki, o, FBI-nın motivasiyasını başa düşür: Təhlükəsizlik xidmətləri messencerlərə qarışma cəhdlərini terrorizmlə mübarizə ilə əlaqələndirirlər. Lakin backdoorlar həmçinin cinayətkarlara və avtoritar hökumətlərə sərf edir. “Heç təəccüblü deyil ki, diktatorlar “Whatsapp” messencerini bu qədər sevirlər. Onun sistem boşluğu onlara insanlar üzərində casusluq aparmağa imkan verir. Məhz buna görə də Rusiya Federasiyası və İran kimi ölkələrdə onu pulsuz şəkildə yükləmək olar. “Telegram” isə bu cür ölkələrdə qadağan edilib” – deyə Durov əlavə edib.

O həmçinin qeyd edib ki, 3 il bundan öncə “Whatsapp” öz sisteminə end-to-end şifrələmə üsulunu əlavə edən zaman o, aqressiv şəkildə istifadəçiləri öz çatlarının ehtiyat kopyalarını bulud yaddaşlarda saxlamağa çağırırdı. Lakin bu da istifadəçi məlumatlarını əlçatan edir. Ehtiyat kopyalarını etməmiş istifadəçilər istənilən halda təhlükəsizlikdə deyillər. Çünki “Facebook” şirkəti “Whatsapp” istifadəçilərinin məlumatlarını böyük həcmdə dövlət agentliklərinə ötürür. Durov onu da qeyd edib ki, 1 il bundan öncə “Whatsapp” yaradıcıları “Facebook” şirkətindən ayrılan zaman bildirmişdilər ki, “onlar öz istifadəçilərinin konfidensiallıqlarını satıblar”.

“Bir neçə il bundan öncə mən öz ölkəmi tərk etməli oldum. Çünki mən Vkontakte istifadəçilərinin konfidensiallıqlarının dövlət tərəfindən pozulması sanksiyalarına əməl etmədim. Bu heç də xoş deyildi. Lakin mən yenidən qərar verməli olsaydım həmin cür seçim edərdim” – deyə Durov bildirib. Durov təkcə “Whatsapp”ı deyil həm də “Facebook” ilə Instagram-ı da istifadə üçün təhlükəli hesab edir. O, “Facebook”un illərlə milyonlarla istifadəçi şifrələrinin şifrələnməmiş vəziyyətdə saxlanması qalmaqalanı xatırladaraq böyük texnoloji şirkətin bu cür səhvi necə etdiyini başa düşmədiyini qeyd edib.

www.yenicag.az

8020