Telekanalların reytinqlərinin ölçülməsi ilə bağlı yeni şirkət yaradıldı

Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapıb.

Yenicag.az xəbər verir ki, bunu bu gün Audiovizual Şuranın sədri İsmət Səttarov “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O bildirib ki, bu sahədə müasir texnologiyalardan istifadə olunacaq.

“Artıq reytinqlərin ölçülməsi ilə bağlı müvafiq şirkət yaradılıb və yaxın 2 həftə ərzində sözügedən şirkətin açılışı olacaq”, – İ.Səttarov əlavə edib.