“Teleqram”da porno səhifə yaradan tələbə cəzalandırıldı

Teleqram sosial şəbəkəsində pornoqrafik səhifə yaradan və səhifəsinə reklam yerləşdirərək gəlir əldə edən gəncə cinayət işi açılıb.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağcabədi rayon sakini, 2002-ci il təvəllüdlü A.Babayev (şərti) Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bakı Dövlət Universitetinin tələbəsi olan A.Babayev barəsində toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 2 min manat cərimə cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, tələbə sosial şəbəkələrdən topladığı və əsasən azərbaycanlılara məxsus olduğu bildirilən pornoqrafik görüntüləri 2022-ci ilin avqustundan etibarən teleqramda yaratdığı “****18+” səhifəsində yerləşdirərək izləyici toplamağa başlayıb. Səhifənin ümumilikdə 27 min izləyicisi olub və o, səhifəyə xarici mərc oyunları saytının reklamını yerləşdirərək 300 manat gəlir əldə edib.

Səhifə ilə bağlı polisə şikayət edildikdən sonra tələbə məsuliyyətə cəlb edilib və səhifəsi bağlanıb. O, pulu alarkən tələbə yoldaşı olan qızın bank kartından istifadə edib.

COP29