Televiziya işçiləri qəzaya uğradı

w2Azərbaycanda televiziya işçiləri yol qəzasına düşüb.

Hadisə bu gün Masazır qəsəbəsində qeydə alınıb. “Dünya” TV-nin çəkiliş qrupunu aparan “Lifan” markalı maşın “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə televiziyanın xidməti avtomobilinin sürücüsü və maşında olan operator yüngül, jurnalist Nizami Rəsulov isə ağır bədən xəsarətləri alıb.

N. Rəsulov  açıqlamasında qəzaya düşdüklərini təsdiqləyib: “”Hazırda həkim müayinəsindən keçirik. Sürücü və operator yüngül xəsarət alıblar. Mənim isə xəsarətlərim ağırdır”. (APA)