!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsi öyrənilir – TƏDBİR

!Reklam – Yazi

2021-ci il iyulun 13-də Milli Televiziya və Radio Şurasının və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilmişdir.

Yenicag.az xəbər verir ki, tədbirdə Türkiyə Respublikasında televiziya reytinqlərini öyrənən TİAK “Televizyon İzleme Araştırmaları” Anonim Şirkətinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Milli Televiziya və Radio Şurasının rəsmi nümayəndələri, ümumölkə televiziya kanallarının rəhbərləri iştirak etmişlər.

Tədbirişi giriş sözü ilə açan Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov tədbir iştirakçılarını və qonaqları salamlamış, Azərbaycan – Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən tədbirlərin davamı kimi bu tədbirin xüsusi önəmini vurğulamışdır. O, bildirmişdir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da audiovizual industriyanın inkişafının baza şərtlərindən biri keyfiyyətli və mötəbər televiziya izləmə reytinqlərinin ölçülməsidir. Azərbaycanda bu sahədə olan mövcud problemlərin teleradio reklam bazarının zəif inkişaf etməsinə gətirib çıxardığı vurğulanmışdır. Son illərdə bu sahədə inamlı addımlar atmış Türkiyə teleradio sahəsi və orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da maraqla öyrənilir. Şura sədri qeyd etmişdir ki, TİAK nümayəndələrinin Bakı şəhərində belə bir təqdimat keçirməsi və Azərbaycanda Türkiyə təcrübəsinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan söz açmış, qardaş Türkiyənin media sahəsində atdığı uğurlu addımlarının Azərbaycanda da yaxından izlənildiyini və həmin təcrübənin öyrənilməsinin müsbət əhəmiyyətini qeyd etmişdir.

TİAK Baş direktoru Dursun Güleryüz dəvətə və tədbirin təşkil edilməsinə görə təşəkkürünü bildirmiş, TİAK şirkəti və onun fəaliyyəti haqqında geniş məlumat vermişdir. Daha sonra, TİAK Texniki komitəsinin üzvü Ogün Doğan Akyol TİAK-ın televiziya izləmələrinin ölçülməsi sahəsindəki fəaliyyətinə həsr edilmiş geniş video təqdimat təqdim etmişdir.

Tədbirin ikinci hissəsində Türkiyə tərəfinin etdiyi təqdimat və müasir reytinq ölçmə sisteminin Azərbaycanda mümkün tətbiqi barədə geniş müzakirələr aparılmışdır.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv