!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Televiziyalar üçün yeni qadağalar

!Reklam – Yazi

65757Azərbaycanda milli matəm günlərində televiziya və radioda reklamın verilməsinin qadağan olunması təklif edilir.

Bununla bağlı təklif yeni hazırlanan “Reklam haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü olan deputatlar Vahid Əhmədov və Əli Məsimlinin hazırladığı qanun layihəsinin 20.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində televiziya və radio proqramında (verilişində) reklam yayımlanması qadağandır.

Layihənin 20.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının, Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının, rəsmi dövlət tədbirlərinin yayımlanması zamanı, dövlət orqanlarının fəaliyyəti barədə proqramda (verilişdə) reklam verilməsi qadağandır.

20.4-cü maddədə deyilir ki, xəbər proqramı, qanunvericiliyə uyğun olaraq yayımlanan təbliğat xarakterli proqram (veriliş), dini, yetkinlik yaşına çatmayanlar üçün proqram (veriliş), 30 dəqiqədən az çəkən serial, aktual siyasi proqram (veriliş) reklamla kəsilə bilməz.

Qanun layihəsinin 20.5-ci maddəsinə görə, televiziya və radio proqramı (verilişi), o cümlədən bədii film reklamla hər dəfə 4 dəqiqədən artıq olmayan müddətə kəsilə bilər.

Layihənin televiziya və radioda reklamın tənzimlənməsini nəzərdə tutan digər maddələri aşağıdakı kimidir:

20.6. Televiziya və radioda yayımlanan reklamın ümumi vaxtı efir vaxtının hər saatının 15 faizindən çox olmamalıdır.

20.7. İdman yarışının canlı və ya yazılışının yayımı ancaq fasilələrdə və ya yarışın dayandırıldığı vaxt reklamla kəsilə bilər. Bu yayımda heç bir fasilə və ya yarış vaxtının dayandırılması nəzərdə tutulmayıbsa, onunla bağlı mühüm məlumatların itirilməməsi şərti ilə, reklamın müddəti yarışın ümumi vaxtının 15 faizindən çox olmamalıdır.

20.8. Ümumi vaxtı 15 dəqiqədən az olan televiziya və radio proqramında (verilişində) reklam yerləşdirilməsinə yol verilmir (sponsor reklamı istisna edilməklə). Bu proqramda (verilişdə) sponsor reklamı ümumi vaxtı 30 saniyədən çox olmamaq şərti ilə verilişin əvvəlində və (və ya) sonunda verilə bilər.

20.9. Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş və maarifləndirmə xarakterli proqramın (verilişin) əvvəlində və (və ya) sonunda reklam aşağıdakı şərtlərlə yerləşdirilə bilər:

20.9.1. müddəti 15 dəqiqədən 25 dəqiqəyədək olduqda – 1 dəqiqə;

20.9.2. müddəti 25 dəqiqədən 40 dəqiqəyədək olduqda – 1,5 dəqiqə;

20.9.3. müddəti 40 dəqiqədən 1 saatadək olduqda – 2,5 dəqiqə;

20.9.4. müddəti 1 saatdan çox olduqda – 3 dəqiqə.

20.10. Bu maddənin 20.2.-20.8-ci hissələrinin müddəaları reklam yayımlanması üzrə ixtisaslaşmış televiziya və radio kanallarına, televiziya və radioda yayımlanan reklam xarakterli proqrama (verilişə) şamil olunmur. Televiziya və radio kanalının, proqramının (verilişinin) reklam xarakteri alması üçün onun müvafiq olaraq efir və yayımlanma vaxtının ən azı 80 faizi reklamdan ibarət olmalıdır.

20.11. Televiziya və radio proqramı (verilişi) reklam yayımlanması məqsədi ilə onun başlanması barədə xəbərdarlıqdan sonra kəsilə bilər (sponsor reklamı istisna edilməklə).

20.12. Alkoqollu içkilərin reklamına saat 00.00-dan saat 06.00-dək icazə verilir.

20.13. Yayımlanan televiziya proqramının (verilişinin) kadrına qaçan sətir və ya digər üsullarla yerləşdirilən reklam onun 7 faizindən çox sahəsini tutmamalıdır. Bu cür reklam altyazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir.

20.14. Reklamın, o cümlədən onun başlanması barədə xəbərdarlığın səsinin yüksəklik həddi yayımlanan proqramın (verilişin) səs yüksəkliyi həddindən artıq olmamalıdır. Səs yüksəkliyinin həddi müvafiq texniki reqlamentlə müəyyən edilir.

20.15. Proqramın (verilişin) yayımlanması zamanı televiziya kanalının loqotipinin nümayişi və (və ya) səsləndirilməsi, radio kanalının adının səsləndirilməsi, yayıcının öz məhsullarının anonsu, kommunal xidməti müəssisələrinin və xeyriyyəçilərin məlumatları reklam hesab edilmir.

20.16. Televiziya və radio vasitəsilə yayımlanan anonslarda əmtəə nişanının göstərilməsi, reklamvericinin adının qeyd edilməsi (səsləndirilməsi) reklam hesab olunur.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv