Amerika F-16 qırıcılarına texniki xidmət göstərən ilk mütəxəssislər xaricdəki təlimlərdən Ukraynaya qayıtmağa başladılar.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi İlya Yevlaş “Pryamoy” telekanalının efirində bildirib.
Yevlaş xatırladıb ki, ilk F-16 simulyatoru Ukraynada peyda olub, onu Çexiya verib./unikal