Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirdi – VİDEO

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin məqsədinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra ediblər.