Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır – VİDEO

Təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

COP29